18 oktyabr 2025 18:22
128

Yəmən yaxınlığında hücuma məruz qalan gəminin heyəti təxliyə edilib

Yəmən sahilləri yaxınlığında hücuma məruz qalan neft tankerinin heyəti təxliyə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Bu gün "Reuters" agentliyi Britaniyanın "Ambrey" şirkətinə (dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olur) istinadən tankerin göyərtəsində baş verən partlayışdan sonra qəza siqnalı verdiyini bildirib.

"Kamerun bayrağı altında üzən tanker Yəmənin Əhvar şəhərindən təxminən 60 dəniz mili cənubda göyərtəsində partlayış baş verdikdən sonra qəza siqnalı göndərib", - məlumatda bildirilib.