18 oktyabr 2025 23:18
113

Hakan Fidan: Rusiya və Suriya arasında dialoq vacibdir

“Rusiya və Suriya tərəfinin dialoqu vacibdir. Bu baxımdan Əhməd əl-Şaaranın yetkin siyasətçi kimi davranışı təqdirəlayiqdir”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Hakan Fidan deyib.

Nazir əlavə edib ki, Əhməd əl-Şaara və onun dostları Rusiyaya qarşı radikal mövqe sərgiləmədi, masaya əyləşib danışıqlar apardılar: “Şaaranın məsuliyyətli davrandığını düşünürəm və bu məsələdə Rusiyanın mövqeyini də təqdir edirəm”.