19 oktyabr 2025 00:15
120

Merts Trampla görüşdən sonra Zelenskinin ona dediyi sözləri açıqladı

"Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla görüşü onun istədiyi kimi keçməyib".

“İki sahil”in "N-tv" telekanalına istinadən məlumatına görə, bu barədə Almaniya Kansleri Fridrix Merts bildirib.

Mertsin sözlərinə görə, o, oktyabrın 17-də axşam saatlarında Ukrayna prezidenti ilə uzun müddət telefonla danışıb.

Kansler hesab edir ki, bu səfər Ukraynanın Avropa yardımına nə qədər ehtiyacı olduğunu göstərib.

Xatırladaq ki, Tramp və Zelenskinin görüşü oktyabrın 17-də Vaşinqtonda baş tutub. Məlumata görə, danışıqlar 2.5 saat davam edib. Qeyd olunub ki, tərəflər "Tomahawk" raketlərinin tədarükü ilə bağlı razılıq əldə etməyiblər.