Ermənistanda mikroavtobus qəzaya uğrayıb.
“İki sahil” Ermənistan mətbuatına istinadla xəbər verir ki, İrəvan - Çarentsavan marşrutu ilə hərəkət edən “Qazel” markalı mikroavtobus “Mercedes-Benz” markalı avtomobillə toqquşub. Nəticədə 10 nəfər yaralanıb.
Polisdən verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan yaralılar Çarentsavan Tibb Mərkəzinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Hadisənin başvermə səbəbləri araşdırılır.