19 oktyabr 2025 09:41
99

Nigeriya hakimiyyəti çevriliş planı barədə xəbərləri təkzib edib

Nigeriyanın hakimiyyət orqanları hərbi çevrilişə cəhddə ittiham olunan bir neçə zabitin həbsi ilə bağlı mətbuatda yayılan xəbərləri yalan adlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Qərargahı "X" sosial şəbəkəsində bildirib.

Bundan əvvəl "Sahara Reporters" portalı Nigeriyanın Müstəqillik Gününün 65-ci ildönümü münasibətilə paradın ləğv edilməsinin əsas səbəbinin dövlət çevrilişi planlaşdırdığı iddia olunan Daxili Təhlükəsizlik Müşaviri Ofisinin (ONSA) əməkdaşlarının həbsi ilə bağlı olduğunu bildirib.

"Müdafiə Qərargahı diqqətini Nigeriyanın Müstəqillik Günününün 65-ci ildönümünün qeyd olunmasının ləğvinin guya hərbi çevriliş cəhdi ilə əlaqəli olduğunu iddia edən yalan və aldadıcı onlayn media xəbərinə yönəldilib. Məlumatda həmçinin Müdafiə Qərargahının son press-relizinə də yalan istinadlar da yer alıb", - məlumatda bildirilir.

Fevral ayında Nigeriya hərbçiləri ölkədə dövlət çevrilişi cəhdi ilə bağlı xəbərləri təkzib etmişdilər. Çevriliş xəbərini "Sahara Reporters" portalı yaymışdı.