19 oktyabr 2025 11:33
108

Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir

Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir.

“İki sahil” xəbər verir ki,  seçkilərdə səsvermə saat 8:00-da başlayıb və 18:00-dək davam edəcək. 

Seçkilərlə əlaqədar ölkə üzrə ümumilikdə 777 seçki məntəqəsi yaradılıb. Namizədlər Prezident seçilmək üçün birinci turda 50% + 1% səs toplamalıdır. Namizədlərdən hansısa bu səs çoxluğunu əldə edə bilməsə, ölkədə yeddi gün ərzində ikinci tur keçiriləcək. 

Qeyd edək ki, prezident postu uğrunda ümumilikdə 7 namizəd mübarizə aparır.