Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstan ilə Pakistan arasında əldə olunan atəşkəslə bağlı açıqlama YAYIB.
“İki sahil” xəbər verir ki, nazirliyin açıqlamasında Türkiyə və Qətərin vasitəçiliyi ilə Dohada keçirilən görüşlərdə Əfqanıstanla Pakistan arasında atəşkəsin əldə olunması, eləcə də tərəflər arasında sülh və sabitliyin möhkəmləndirilməsi üçün mexanizmlərin yaradılması qərarının məmnunluqla qarşılandığı bildirilib.
Türkiyə XİN, həmçinin adıçəkilən görüşlərə ev sahibliyi edən Qətərin səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.
“Türkiyə iki qardaş ölkə arasında, eləcə də bölgədə dayanıqlı sülhün və sabitliyin təmin olunması istiqamətində göstərilən səyləri dəstəkləməyə davam edəcək”, - deyə açıqlamada vurğulanıb.