İsrail Müdafiə Qüvvələri (IDF) Livanla sərhəddə 5 gün davam edəcək genişmiqyaslı hərbi təlimlər keçirəcək.
“İki sahil” "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, təlim Livanla sərhəd yaxınlığında və İsrailin bölgədəki şəhərlərində keçiriləcək.
Təlimlərin bazar günü axşam başlaması və cümə axşamı yekunlaşması planlaşdırılır.
İsrail ordusu müxtəlif ssenarilər, o cümlədən ərazinin müdafiəsi və təcili təhdidlərə cavab verəcəklər.
Hərbçilər xəbərdarlıq edib ki, bu müddət ərzində Livana bitişik ərazilərdə, xüsusən də Qalileydə partlayış səsləri eşidilə bilər, pilotsuz uçuş aparatları, hava və dəniz qüvvələrinin fəaliyyəti artacaq.