19 oktyabr 2025 16:33
106

Yaponiyanın Liberal Demokrat və İnnovasiya partiyaları Baş nazirin seçilməsi ilə bağlı razılığa gəlib

Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) ilə müxalif Yaponiya İnnovasiya Partiyası (YİP) Takaiçi Sanaenin ölkənin Baş naziri vəzifəsinə namizədliyinin dəstəklənməsi barədə razılıq əldə edib.

“İki sahil” Yaponiya mediasına istinadla xəbər verir ki, tərəflərin koalisiya hökumətinin qurulmasına dair razılaşma imzalayacağı gözlənilir. Tərəflər arasında keçirilmiş görüşlərdə əsas məsələlərdə, o cümlədə konstitusiya, xarici siyasət və milli təhlükəsizlik mövzularında mövqelərin eyni olduğu vurğulanıb.

Ekspertlər hesab edirlər ki, YİP ilə əldə edilən razılaşma LDP-nin sədri Takaiçi Sanaenin oktyabrın 21-də parlamentdə Baş nazir vəzifəsinə seçilməsi üçün kifayət qədər səs yığmasını təmin edəcək.

Qeyd edək ki, hazırkı Baş nazir Şiqeru İşibanın hakim partiyanın rəhbəri vəzifəsindən istefa verdiyini açıqlamasından sonra oktyabrın 4-də keçirilən seçkidə Takaiçi Sanae partiyanın sədri seçilib. Hakim partiyanın ilk qadın rəhbəri olan Takaiçi Sanaenin Yaponiya tarixində ilk qadın Baş nazir olması gözlənilir.