19 oktyabr 2025 18:34
86

Şimali Koreya əsgəri Cənubi Koreya ilə sərhədi keçib

Cənubi Koreya hakimiyyəti Koreyalararası sərhədi keçən Şimali Koreya əsgərini nəzarətə alıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Yonhap agentliyi Birləşmiş Qərargah Rəislərinə istinadən yayıb.

Əsgər sərhədi mərkəzi hissədə keçib. Cənubi Koreya hərbçiləri onun hərəkətlərini izləyib və “ona kömək göstəriblər”. Hakimiyyət hazırda onun motivlərini müəyyən etməyi planlaşdırır.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bildiriblər ki, “Şimali Koreya hərbçiləri tərəfindən qeyri-adi hərəkətlər aşkar edilməyib”.

Qeyd olunub ki, əsgər prezident Li Jae-Myonq hakimiyyətə gələn iyundan bəri Cənubi Koreyaya sərhədi keçən üçüncü qaçqındır, lakin 2024-cü ilin avqustundan bəri ilk hərbi xidmətçidir.