19 oktyabr 2025 19:23
107

Son 9 ayda 900-ə yaxın əcnəbi Gürcüstandan çıxarılıb

Gürcüstan hökumətinin qərarına əsasən, 2025-ci il yanvarın 1-dən sentyabrın 30-dək 851 əcnəbi vətəndaş ölkədən çıxarılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədən deportasiya edilən əcnəbilərin siyahısında Hindistan vətəndaşları 1-ci olub. Üç rüb ərzində ümumilikdə 166 hindistanlı ölkədən çıxarılıb.

Əcnəbilərin deportasiya edilməsinə səbəb onların ölkədə qanuni qalma müddətini keçmələridir. Gürcüstandakı əksər əcnəbilər üçün bu müddət 365 gündür.