20 oktyabr 2025 00:58
101

İsrail ordusu Qəzzada atəşkəs rejimini bərpa edib

İsrailin siyasi rəhbərliyi Qəzza zolağında atəşkəs rejiminin davam etdirilməsi ilə bağlı qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri atəşkəs sazişinə riayət etməyə davam edəcək və onun hər hansı pozuntusuna sərt reaksiya verəcək", - bəyanatda qeyd olunub.

İsrail ordusu fələstinli radikalların atəşkəs rejimini pozduğunu bildirərək anklavın cənubunda yerləşən Rəfah şəhəri yaxınlığında İsrail hərbçilərinin atəşə tutulduğu hadisə barədə məlumat yayıb. İsrail Baş naziri Binyamin Netanyahu atəşkəs rejiminin pozulmasında HƏMAS hərəkatını günahlandıraraq silahlı qüvvələrə radikallara qarşı tədbirlər görmək göstərişini verib. Bundan sonra ordu bütün anklav boyunca onlarla hədəfə zərbələr endirib. Daha sonra hərbçilər Rəfahdakı hadisə nəticəsində iki hərbçinin həlak olduğunu, daha birinin ağır yaralandığını dəqiqləşdiriblər. HƏMAS nümayəndələri isə hərəkatın Rəfahda baş verən hadisə ilə əlaqəsini inkar ediblər.