Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən "Ənsar Allah" üsyançı hərəkatından olan husilər paytaxt Sənada BMT-nin 20 əməkdaşını, o cümlədən 15 xarici vətəndaşı saxlayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a BMT-nin sözçüsü bildirib.
Onun sözlərinə görə, "Ənsar Allah"ın təhlükəsizlik qüvvələri BMT-nin Sənadakı iqamətgahına icazəsiz daxil olublar.
Son məlumata görə, 11 BMT işçisi sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Digərləri hələ də binanın daxilində həbsdədir.