Kreml İranın nüvə proqramı ilə bağlı hərtərəfli fəaliyyət planı ilə bağlı hazırkı vəziyyəti “çox mürəkkəb” adlandırıb.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Dmitri Peskov bildirib ki, vəziyyət avropalıların qeyri-konstruktiv mövqeyi ilə daha da gərginləşir.
“Sənədlə bağlı vəziyyət çox mürəkkəbdir və avropalıların qeyri-konstruktiv mövqeyi, təbii ki, onu günü-gündən daha da mürəkkəbləşdirir”, - o, jurnalistlərə bildirib.
"Biz hesab edirik ki, danışıqlar aparılmalıdır", - Peskov bildirib.