20 oktyabr 2025 15:49
95

Uitkoff: Qəzzanın bərpası 50 milyard dollara başa gələ bilər

Qəzza zolağının bombardmanlar və iki illik münaqişə nəticəsində yaranan dağıntılardan sonra bərpası təxminən 50 milyard dollar tələb edə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff bildirib.

"Bəlkə bir az az, bəlkə də bir az çox. Yaxın Şərq üçün bu məbləğ "o qədər də çox pul deyil", - S.Uitkoff qeyd edib.

O vurğulayıb ki, bərpanı məhz kimin maliyyələşdirməli olduğunu dəqiqləşdirməyib: "Bu proses regionda sabitliyə doğru mühüm addım olacaq".