20 oktyabr 2025 16:38
118

Sülh sazişləri dünyada getdikcə populyarlaşır - Stiv Uitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff hesab edir ki, sülh sazişləri bütün dünyada getdikcə populyarlaşır.

“İki sahil” xəbər verir ki,  CBS telekanalına müsahibəsində o, hazırda üzərində işlədiyi münaqişələri müzakirə edib.

"Sülh müqavilələri bu günlərdə yoluxucudur" - deyə Uitkoff bildirib.

Diplomatın sözlərinə görə, o, Ukrayna ilə bağlı işi davam etdirir, eyni zamanda, onun komandası Əlcəzair və Mərakeş arasında sazişin hazırlanmasında iştirak edir və yaxın aylarda onu bağlamağa ümid edir. Uitkoff İran üçün mümkün uzunmüddətli həll variantını da qeyd edib.