ABŞ qoşunları Qəzzaya yerləşdirilməyəcək.
“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsraillə atəşkəs razılaşmasına əməl etmədiyi təqdirdə Qəzzada HƏMAS-ın kökünün kəsiləcəyi ilə bağlı açıqlamalarına dair suala cavabında deyib.
O, İsrailin Baş naziri Benyamin Netanyahuya atəşkəsi pozmağı və İsrail müdafiə qüvvələrinin HƏMAS üzvlərini məhv etməsini söyləmək səlahiyyətinə malik olduğunu bildirib.
"Mən ona deyə bilərəm ki, içəri gir və qaydaya sal. Lakin onlar çox yaxşı olacaqlar, yaxşı davranacaqlar, amma olmasa, biz gedəcəyik və onları kökündən siləcəyik”, - deyə Tramp əlavə edib.
Aİ ilin sonuna kimi Gürcüstanla viza rejiminin ləğvinə dair tövsiyələrini təqdim edəcək
Kallas: Aİ ölkələri Rusiyaya qarşı 20-ci sanksiyalar paketi ideyasını dəstəkləyib