21 oktyabr 2025 09:00
103

Lavrovla Rubionun görüşü təxirə salınıb?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-nin dövlət katibi Marko Rubio arasında bu həftə gözlənilən görüş təxirə salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin sözçüsünə istinadən CNN telekanalı məlumat yayıb.

"Ağ Evin sözçüsü CNN-ə bildirib ki, Rubionun rusiyalı həmkarı Sergey Lavrov ilə gözlənilən görüşü hələlik təxirə salınıb", - məlumatda deyilir.

Təxirə salınmanın səbəbləri hələ məlum deyil. Telekanalın mənbəsinin sözlərinə görə, Lavrov və Rubionun Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı fikirləri fərqlidir.