21 oktyabr 2025 12:40
132

Lavrov-Rubio danışıqlarında "Tomaqavk" raketləri müakirə edilibmi?

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov  Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubionun son telefon danışıqları zamanı Ukraynaya “Tomaqavk” raketlərinin çatdırılmasını müzakirə edib-etməməsi ilə bağlı sualı cavablandırmaqdan imtina edib. Diplomatın fikrincə, belə məsələlər “ictimai sahədə” müzakirə edilməməlidir.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Mən bu cür təmasların məzmununu açıqlamağa hazır deyiləm... Bəzi mövzular sadəcə olaraq açıqlana bilməz", - deyə, Ryabkov bildirib.

Xarici işlər nazirinin müavini, həmçinin ABŞ-ın prezident Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasındakı söhbət barədə Rusiyaya məlumat verib-verməməsi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.