21 oktyabr 2025 12:43
126

Prezident Tokayev: Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir

Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir.

“İki sahil” xəbər verir ki, bu bəyanatla Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib.

Qazaxıstan dövlətinin başçısı vurğulayıb: “Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, nəhayət uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu sarsılmaz təməl üzərində çoxşaxəli əməkdaşlığımızı uğurla inkişaf etdiririk”.