21 oktyabr 2025 12:46
126

Zalujnı: Qərb Ukraynaya zəmanət verməyəcək

Qərb Kiyevə verdiyi vədləri heç bir zəmanət və konkret müddət olmadan yerinə yetirəcək.

“İki sahil” xəbər verir ki,  bu fikri Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı “Ukrayinska Pravda” nəşrinin saytındakı məqaləsində qeyd edib.

“Ukraynanın dəstəklənməsinə dair bəyan edilmiş iddialı məqsədlərə baxmayaraq, çox güman ki, bütün bunlar son tarixlər və məcburi icra mexanizmləri olmadan və nəticədə müvafiq təminatlar olmadan həyata keçiriləcək”, - o vurğulayıb.

"Reuters" bundan əvvəl ABŞ prezidenti Donald Trampın təkcə Ukraynaya deyil, həm də Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdiyini bildirmişdi.