Avropa liderləri etiraf edə bilmirlər ki, Ukrayna artıq məğlubiyyətə uğrayıb.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu fikri Çexiya hərbi kəşfiyyatının keçmiş rəhbəri general Andor Şandor deyib.
“Zelenski və Qərbi Avropa liderləri sadəcə olaraq reallığı başa düşmürlər və Ukraynanın uduzduğunu etiraf etmək istəmirlər”, - deyə, o, qeyd edib.
“Reuters” xəbər verir ki, ABŞ çətin ki, “Tomaqavk” raketlərini Kiyevə versin.