21 oktyabr 2025 18:34
130

Ermənistan səfiri etimadnaməsini Əhməd əl-Şaraaya təqdim edib

Ermənistan səfiri Ruben Xarazyan etimadnaməsini Suriya Prezidenti Əhməd əl-Şaraaya təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Etimadnamənin təqdim edilməsinin gecikməsinə səbəb kimi Suriyada qeyri-sabit siyasi vəziyyət göstərilib.

Müxtəlif diplomatik vəzifələrdə çalışan Xarazyan ərəb dili və ədəbiyyatı üzrə təhsil alıb. O, daha əvvəl Ermənistanın İraqdakı səfiri, Fransadakı baş konsulu və Türkmənistandakı səfiri kimi çalışıb.

Qeyd edək ki, Ruben Xarazyan ötən il Ermənistanın Suriyadakı səfiri təyin olunub.