21 oktyabr 2025 18:47
128

Paşinyan Gürcüstana işgüzar səfərə yollanıb

Ermənistanın Baş naziri Nikol Paşinyan ikigünlük işgüzar səfərlə Gürcüstana yollanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Məlumata görə, bu gün Ermənistan və Gürcüstanın Baş nazirləri Nikol Paşinyan və İrakli Kobaхidzе arasında görüş planlaşdırılıb.

Oktyabrın 22-də Paşinyan Tbilisidə V "İpək Yolu" forumunda iştirak edəcək.