21 oktyabr 2025 18:47
138

Tramp bəzi ölkələrin Qəzzaya daxil olmağa hazır olduqlarını açıqlayıb

Yaxın Şərqdə və ətraf bölgələrdəki indiki böyük müttəfiqlərimizdən çoxu açıq və güclü şəkildə mənə bildirdilər ki, əgər HƏMAS bizimlə razılaşmanı pozaraq səhv hərəkət etməyə davam edərsə, mənim xahişimlə Qəzzaya böyük bir qüvvə ilə daxil olmaq fürsətindən məmnun olacaqlar.

“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. Tramp bildirib ki, o, həmin ölkələrə və İsrailə hələ bunu etməmələrini deyib.

“HƏMAS-ın düzgün hərəkət edəcəyinə hələ də ümid var. Əgər bunu etməsələr, HƏMAS-ın sonu sürətli və çətin olacaq. Mən köməklə bağlı müraciət edən ölkələrə təşəkkürümü bildirmək istəyirəm”,- deyə Tramp vurğulayıb.