21 oktyabr 2025 19:17
124

Budapeştdə keçiriləcək Tramp-Putin sammitinə hazırlıq dayandırılıb?

ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin arasında Budapeştdə keçiriləcək sammitə hazırlıq dayandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə NBC News-un jurnalisti Qarret Haak Ağ Evin yüksək vəzifəli rəsmisinə istinadla məlumat yayıb.

“Dövlət katibi Rubio ilə xarici işlər naziri Lavrov arasında ilk telefon danışığı “məhsuldar” olub. Lakin ABŞ prezidenti hesab edir ki, hər iki tərəf danışıqların irəliləməsi üçün hələ kifayət qədər hazır deyil”, - jurnalist sosial şəbəkədəki səhifəsində yazıb.

Bundan əvvəl CNN Lavrov və Rubio arasında bu həftə gözlənilən görüşün hələlik təxirə salındığını bildirmişdi. O qeyd edib ki, təxirə salınmanın Budapeştdə gözlənilən Tramp-Putin zirvəsinə necə təsir edəcəyi bəlli deyil.