22 oktyabr 2025 09:14
121

Türkiyənin Muğla şəhərində 4,5 bal gücündə zəlzələ olub

Bu gün səhər saatlarında Türkiyənin Muğla şəhərinin Ortaca rayonunda zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.

Zəlzələ saat 05:45-də, 4,5 bal gücündə qeydə alınıb.

Yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub. İlkin məlumata əsasən, dağıntı və insan itkisi qeydə alınmayıb.