“Ermənistan Türkiyə və Azərbaycan arasında yüklərin tranzitini təmin etməyə hazırdır”.
“İki sahil” “Yerevan Today” portalına istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisidə V İpək Yolu Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
“Bu gündən etibarən Ermənistan ərazisi vasitəsilə Türkiyə və Azərbaycan arasında yüklərin tranzitini təmin etməyə hazırıq”, - Paşinyan bildirib.