22 oktyabr 2025 17:51
137

İsrail Qəzzada sülhməramlı missiyada Türkiyənin iştirakına qarşı çıxıb

İsrail Qəzza zolağında vəziyyətin nizamlanması planı çərçivəsində yerləşdirilməsi planlaşdırılan sülhməramlı kontingentdə Türkiyənin iştirakına qarşıdır.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanasına istinadən məlumat yayıb.

"Burada heç bir fikir ayrılığı yoxdur. Missiyada Türkiyənin iştirakı olmayacaq", - baş nazirin dəftərxanasından nəşrə bildirilib.