22 oktyabr 2025 19:33
120

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda görüşüb

İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri arasında ikitərəfli dəyirmi masa keçirilib.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib. O, bu tədbirin əhəmiyyətini vurğulayıb və belə görüşlərin İrəvanla Bakı arasında normallaşma prosesinin tərkib hissəsi kimi keçirilməsini yüksək qiymətləndirərək, onların iki ölkə cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi və birbaşa əlaqələrin qurulmasına yönəldiyini qeyd edib.

İştirakçılarla görüş zamanı o vurğulayıb ki, cəmiyyətin müxtəlif sahələrini cəlb etmək yalnız sülhü möhkəmləndirəcək.

Vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.