Macarıstanın Baş naziri Viktor Orbanın Vaşinqtona səfəri planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə görüşdən sonra açıqlama verib.
“Biz çox xoş bir atmosferdə görüş keçirdik və danışıqlar planlaşdırıldığından daha uzun sürdü. Bunun əsas səbəbləri vardı — bir tərəfdən sülh təşəbbüsləri ilə bağlı məsələləri müzakirə etməli idik, digər tərəfdən isə Baş nazirin Vaşinqtona qarşıdakı səfərinə dair mövzular gündəmdə idi”, – deyə Siyarto bildirib.