23 oktyabr 2025 11:15
120

Rusiya ötən gecə Ukraynaya zərbələr endirib, ölənlər və onlarla yaralı var

Rusiya oktaybrın 23-nə keçən gecə Ukraynanın bir neçə bölgəsinə zərbələr endirib, ölənlər və yaralılar var.

“İki sahil” xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri məlumat yayıblar.

Xerson hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, Rusiyanın hücumu nəticəsində 13 nəfər xəsarət alıb. Qeyd olunur ki, zərbələr yaşayış məhəllələrinə və kritik infrastruktur obyektlərinə dəyib.