23 oktyabr 2025 15:31
113

Yaponiya ABŞ raketlərini ölkədə saxlayıb

Sentyabrda ABŞ-la birgə təlimlər üçün Yaponiyaya gətirilən "Typhon” orta mənzilli raket sistemi ölkədə qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə Yaponiyanın Moskvadakı səfirliyinin “Kommersant”ın sorğusuna verdiyi cavabda qeyd edilib.

Diplomatik nümayəndəlik bu raketlərin tezliklə ölkədən çıxarılacağına əmindir. "Bu raket sistemi tezliklə ölkədən çıxarılacaq. Təfərrüatlar yekunlaşdıqdan sonra sizə məlumat verəcəyik", - Yaponiya səfirliyindən bildiriblər.