23 oktyabr 2025 15:39
105

MAQATE məlumatı təsdiq etdi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasına xarici enerjinin bərpa olunduğunu elan edib.

“İki sahil” xəbər verir ki,  bu barədə MAQATE-nin mətbuat xidməti məlumat yayıb.

"Xarici enerji bir aylıq fasilədən sonra bərpa edilib ki, bu da nüvə təhlükəsizliyinin təmin edilməsində mühüm addımdır", - deyə, MAQATE-nin rəhbəri qeyd edib.

Bundan əvvəl MAQATE Zaporojye Atom Elektrik Stansiyasında Dneprovskaya xəttinin təmirinin başa çatdığını elan edib.