Hindistanın cənubundakı Andhra-Pradeş ştatında turist avtobusunda baş verən yanğın zamanı azı 20 nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.
Hadisə Kaveri Travels şirkətinin təxminən 44 sərnişinlə Haydarabaddan Banqalor şəhərinə gedən avtobusunun magistral yolda motosikletə çırpılması nəticəsində baş verib.
Polis bildirib ki, iki təkərli nəqliyyat vasitəsi avtobusun altına ilişərək yanacaq çəninə dəyib, bu isə dərhal partlayışa və avtobusda alovun sürətlə yayılmasına səbəb olub.
Qəza baş verən zaman sərnişinlərin əksəriyyəti yatıb. Onların bəziləri oyanıb, pəncərələrin şüşələrini sındırıb və avtobusdan çıxıblar, lakin bir çoxu alovun bir neçə dəqiqə ərzində bürüdüyü avtobusun salonunda qalıb. Yerli sakinlər hadisə yerinə tələsib və yanğınsöndürənlər gələnə qədər zərərçəkənləri xilas etməyə çalışıblar.
Polis qəzanın sürücünün ehtiyatsızlığını və yanğına yanacaq sızmasının səbəb ola biləcəyini güman edərək, qəzanın səbəblərini araşdırmağa başlayıb. Məlumata görə, avtobus sürücüləri qəzadan dərhal sonra hadisə yerindən qaçıblar. Onlar axtarılır.
Avropada milyonlarla avroluq saxta sənət əsərlərinin satışı cəhdinin qarşısı alınıb
Macarıstan Rusiyadan neft və qaz idxalına dair Aİ qadağalarından yayınmağı planlaşdırır