“Mən Cənubi Qafqazda, ABŞ-Azərbaycan münasibətlərində baş verənlərdən çox nikbinəm”.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Hudson” İnstitutunun aparıcı eksperti Luk Koffi deyib. O bildirib ki, ikitərəfli əlaqələrə yeni diqqət və enerji gətirməyin vaxtı çoxdan çatıb. “Avqustun 8-də Prezident Trampın iştirakı ilə Ağ Evdəki görüş bu münasibətlər üçün yeni başlanğıc nöqtəsidir. Mən düşünürəm ki, iqtisadiyyat, biznes, ticarət, enerji və təhlükəsizlik kimi bir çox sahələrdə ABŞ və Azərbaycanın ortaq maraqları var. Ümid edirəm ki, bundan sonra iki ölkə arasında daha sıx əməkdaşlığın şahidi olacağıq”, - deyə o, əlavə edib.
Ekspert qeyd edib ki, bu münasibətləri növbəti mərhələyə qaldırmaq üçün ən vacib və eyni zamanda ən asan addımlardan biri Prezident Trampın Azərbaycana səfəri olardı.
“Hələ heç bir ABŞ prezidenti Azərbaycana səfər etməyib. Eyni zamanda, Dövlət katibi Rubio da səfər etsə, çox yaxşı olardı. Axırıncı dəfə ABŞ-ın o zamankı dövlət katibi Hillari Klinton 2012-ci ildə Azərbaycana getmişdi. Beləliklə, atıla biləcək ən təcili addım bölgəyə səfərlərin başlanması və iki liderin bir araya gələrək bu münasibətləri inkişaf etdirməyin ən doğru yolunu müəyyənləşdirməsidir”,-deyə Luk Koffi bildirib.
Orban: Macarıstan Rusiyadan neft idxalına qoyulan qadağadan yayınmağın yollarını axtarır