24 oktyabr 2025 13:37
108

Avropa İttifaqı LUKOIL şirkəti ilə bağlı hansı addımları atacaq?

Avropa İttifaqı ABŞ-ın son sanksiyalarından sonra Rusiyanın neft şirkəti LUKOIL ilə əməliyyatları qadağan etməyi düşünür.

“İki sahil” xəbər verir ki,  bu barədə "Politico" öz mənbəsinə istinadla məlumat yayıb.

"Sanksiyaları tam şəkildə tətbiq etməzdən əvvəl özümüzü bu problemlərdən uzaqlaşdırmağın bir yolunu tapmalıyıq", - deyə bir Aİ rəsmisi bildirib.

Daha əvvəl Almaniya kansleri Fridrix Merts Rusiyanın "Rosneft" şirkətinin Almaniyadakı törəmə müəssisəsinin ABŞ sanksiyalarından azad olacağını irəli sürmüşdü.

23 oktyabrda ABŞ Maliyyə Nazirliyi Rusiyanın Rosneft və LUKOIL neft şirkətlərinə qarşı sanksiyalar elan edib.