25 oktyabr 2025 09:50
141

Yaponiya güclü zəlzələ baş verib

Şənbə günü səhər saatlarında Yaponiyanın Hokkaydo prefekturasının şərq bölgələrində güclü zəlzələ baş verib.

İki sahil” japantimes.co.jp-a istinadla xəbər verir ki, hakimiyyət orqanları Yaponiyanın ən şimal prefekturasında daha çox zəlzələnin baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Meteorologiya Agentliyinin məlumatına görə, təxminən 5,8 bal gücündə baş verən zəlzələ yerli vaxtla saat 01:40 radələrində Hokkaydoda Nemuro yarımadasının cənub-şərq sahilindən təxminən 40 kilometr aralıda baş verib. Sunami təhlükəsi olmayıb.

Agentlik zəlzələdən təsirlənən ərazilərdəki insanları təxminən bir həftə ərzində 5 baldan aşağıya qədər davam edəcək daha çox təkanlara qarşı diqqətli olmağa çağırıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”