Livanın cənubundakı Haruf kəndində İsrailin pilotsuz uçuş aparatının hücumu nəticəsində bir nəfər yaralanıb.
“İki sahil” "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Livanın "Əl-Əxbar" qəzeti məlumat yayıb.
Məlumata görə, hücum kənddəki məktəbin yaxınlığında yerləşən bir nəqliyyat vasitəsini hədəf alıb.
İsrail Müdafiə Qüvvələri hələlik hadisə ilə bağlı şərh verməyib.
İsrailin müdafiə naziri: Qəzzanın altındakı tunellərin 60%-i hələ də məhv edilməyib