25 oktyabr 2025 18:52
116

London polisi pedofiliya ilə bağlı doqquz min işi yenidən nəzərdən keçirəcək

London polisi pedofil bandalarının fəaliyyətinin gizlədilməsi ilə bağlı London meri Sadiq Xanla qalmaqaldan sonra pedofiliya ilə əlaqədar 9 min işə yenidən baxacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Daily Express" qəzeti hüquq-mühafizə orqanlarının nümayəndələrinə istinadla yazıb.

Yazıda deyilir ki, London meri Sadiq Xanın paytaxtda azyaşlıların zorlanması ilə məşğul olan bandaların mövcudluğunu inkar etməsinə baxmayaraq, belə dəstələrin fəaliyyəti ilə bağlı yeni irimiqyaslı istintaq çərçivəsində 9 min işə yenidən baxılacaq.

London polisinin nümayəndəsi bildirib ki, 15 illik dövrü əhatə edən işlər öyrəniləcək.