25 oktyabr 2025 19:08
115

Britaniyada pedofil miqrant səhvən həbsxanadan azad edilib

London polisi Efiopiyadan olan immiqrantı zorlamaqda təqsirli bilinən məhbusu axtarır, deportasiya edilməzdən əvvəl onu səhvən həbsxanadan buraxıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "Sky News" nəşri məlumat verib.

Məlumata görə, 41 yaşlı Haduş Kebatu Esseks şəhərində bir qadına və 14 yaşlı qıza cinsi təcavüz ittihamı ilə həbs olunub. O, deportasiya olunmalı idi, lakin transfer zamanı hansısa şəkildə azadlığa buraxılıb.

Kebatu polisdən gizlənib və daha sonra Çelmsford stansiyasından qatara minərək naməlum istiqamətdə yoxa çıxıb. Polis hazırda onu axtarır.

Böyük Britaniyanın baş nazirinin müavini Devid Lemmi artıq daxili araşdırma aparılmasını və məhkum edilmiş cinayətkarın necə azadlığa çıxdığının müəyyən olunmasını tələb edib.