25 oktyabr 2025 20:02
134

Kiyev İsveçdən ilk "Gripen" qırıcısını 2026-cı ildə almağı planlaşdırır

Ukrayna İsveçdən razılıq əldə edilmiş 150 "Gripen" qırıcı təyyarəsinin ilk partiyasını artıq 2026-cı ildə almağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"İsveçlə Gripen döyüş təyyarələri ilə bağlı razılaşma. Ukrayna üçün bu təyyarələrdən 150-ni alacağımıza ümid edirik və ilk təyyarələr gələn il gəlməlidir", - deyə o, "Telegram" kanalında yazıb.

Zelenskinin 22 oktyabrda İsveçə səfəri zamanı müdafiə sahəsində anlaşma memorandumu imzalanıb. Məlumata görə, Stokholm Kiyevə 100-150 ədəd "JAS 39 Gripen E" qırıcı təyyarəsi satmağı planlaşdırır.

Daha sonra müdafiə naziri Pol Yonson bildirib ki, müqavilə üçün ödəniş dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə həyata keçirilə bilər. Bu aktivlər Avropa İttifaqı ölkələrinin hazırlamağa çalışdığı hüquqi mexanizmlərdir.