Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya federal əyalətindəki Essen şəhərindəki dayanacaqda baş vermiş atışma nəticəsində iki nəfər ağır yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerində 100 nəfərlik polis dəstəsi var və cinayət baş verən ərazi mühasirəyə alınıb.
Bildirilir ki, cinayətkar hadisə yerindən qaçıb. Bütün bölgədə onun axtarışı aparılır.