26 oktyabr 2025 02:37
99

Vilnüs aeroportu fəaliyyətini dayandırıb

Litva hakimiyyəti səmada naməlum obyektlərin görünməsi ilə əlaqədar Vilnüs Beynəlxalq Hava Limanının bağlandığını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzi məlumat yayıb.

"Güman edilir ki, hava məkanında meteoroloji balonlar aşkar edilib", - məlumatda deyilir.

Litva tərəfinin açıqlamasına görə, bu şarlardan qaçaqmalçılıq təşkilatçıları qonşu Belarusdan siqaret keçirmək üçün geniş istifadə edirlər.

Hava limanının fəaliyyəti təxminən saat 21:30-da (Bakı vaxtı ilə 22:30) dayandırılıb.