26 oktyabr 2025 12:15
106

Tbilisidə son üç gündə 60 etirazçı saxlanılıb

Son üç gün ərzində Tbilisidə 60 etirazçı saxlanılıb. 

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. 

Məlumata əsasən, həmin şəxslər yığıncaqların və nümayişlərin keçirilməsi ilə bağlı qaydaları pozublar.

Qeyd olunub ki, patrul polisi dəfələrlə aksiya iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə çağırsa da, onlar yolu bağlayaraq nəqliyyatın hərəkətinə maneələr yaradıblar. 

DİN bir daha aksiyaçıları qanuna zidd hərəkətlərdən çəkinməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 17-dən Gürcüstanda aksiyaların keçirilmə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib. Aksiya zamanı yolun qanunsuz olaraq bağlanılmasına görə 15 sutkalıq inzibati həbs tətbiq olunur.