Türkiyə ilə sərhəd bölgələrində fəaliyyət göstərən terror təşkilatı PKK Şimali İraqdakı düşərgələrini boşaltmağa və mağaraları tərk etməyə hazırlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Təşkilatın Zap və Metina bölgələrindəki mövqelərini də tərk edəcəyi bildirilir.
PKK-nın Şimali İraqda yaydığı bəyanatda, Türkiyədən tamamilə çəkildiyini açıqlaması diqqət çəkib. Bəyanatda “Sərhəd bölgələrində toqquşma riski yaradan və mümkün təxribatlara açıq olan mövqelərdə də oxşar düzəliş tədbirləri görülür” ifadəsi yer alıb.
Bu açıqlama,ğ təşkilatın sərhəd xəttinə yaxın ərazilərdəki bir sıra mövqelərini boşaldacağına işarə kimi qiymətləndirilir.
Slovakiya Aİ-nin Ukraynadakı münaqişəni maliyyələşdirmək sxemlərində iştirak etməyəcək
Putin orduda "Burevestnik" raketi üçün infrastrukturun hazırlanmasını tapşırıb