27 oktyabr 2025 00:11
106

Avtobus körpüdən aşıb - Argentinada

Argentinanın şimal-şərqində avtobusun körpüdən dərəyə aşması nəticəsində azı 9 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə "TN" telekanalı məlumat yayıb.

Avtobus əks istiqamətdə hərəkət edən minik avtomobili ilə toqquşub. Qəza nəticəsində sərnişin daşıyan nəqliyyat vasitəsi qoruyucu barmaqlıqdan aşıb və körpüdən dərəyə düşüb.

Səkkiz sərnişin və sürücü hadisə yerində həlak olub, 29 nəfər isə xəstəxanalara çatdırılıb.

Avtobus Obera şəhərindən Misiones əyalətində yerləşən Puerto-İquasu şəhərinə gedirmiş. Qəza zamanı magistral yolda sıx duman olub.