ABŞ müdafiə naziri Pit Heqset bu həftə Hind-Sakit okean regionuna səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Pentaqon rəhbərinin Havay, Yaponiya, Malayziya, Vyetnam və Cənubi Koreyaya baş çəkməsi planlaşdırılır.
Səfərin əsas mövzuları arasında ABŞ-ın Hind-Sakit okean bölgəsinə strateji diqqətinin artırılması, müttəfiq ölkələrin müdafiə xərclərinin yüksəldilməsi və kollektiv müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi yer alır.
Məlumata görə, Havayda Heqset ABŞ-ın Hind-Sakit okean Komandanlığının rəhbərləri ilə görüşəcək, Malayziyada isə ASEAN Müdafiə Nazirlərinin görüşündə iştirak etməyi nəzərdə tutur.
Putin "Burevestnik" raketinin uğurlu sınağının elanı ilə Qərbə siqnal göndərdi