Pakistan-Əfqanıstan sərhədində silahlı toqquşma baş verib, nəticədə beş Pakistan hərbçisi və 25 yaraqlı həlak olub. Toqquşma iki ölkənin Türkiyədəki nümayəndələri arasında danışıqlar zamanı baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” Pakistan ordusuna istinadən məlumat yayıb.
Xəbərlərə görə, yaraqlılar 24-25 oktyabr tarixlərində Əfqanıstandan Pakistanın şimal-qərbindəki Kurram və Şimali Vəziristan ərazilərinə keçməyə cəhd ediblər. İslamabad Taliban rejimini Əfqanıstandan fəaliyyət göstərən silahlı qruplara qarşı tədbir görməməkdə günahlandırıb.
Pakistan ordusu həftəsonu baş verən toqquşmalarda iştirak edənləri "Fitnə əl-Xvoric" adlandırdıqları təşkilatın üzvləri kimi təsvir edib. Bu termin əsasən xarici havadarlar tərəfindən dəstəkləndiyi iddia edilən ideoloji motivasiyalı silahlı qruplara aiddir.
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif atəşkəsin dəyişmədiyini və Kabilin sülhdə maraqlı olduğunu bildirib. Lakin o, xəbərdarlıq edib: “Əgər Talibanla danışıqlar uğursuz olarsa, açıq müharibəyə girəcəyik”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Türkiyədəki hakimlərin əksəriyyətinin mərc saytlarında hesabı var - ŞOK MƏLUMAT