27 oktyabr 2025 14:53
114

Estoniya Ukraynaya 150 min avro ayıracaq

Estoniya qış qabağı Ukraynaya enerji sektorunun dəstəklənməsi üçün 150 min avro ayıracaq.

“İki sahil” xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, daha əvvəl Estoniya Ukraynanın enerji sistemini dəstəkləmək üçün təxminən 700 min avro ayırıb: "Artıq soyuq havalar başlayıb, Rusiya isə enerji infrastrukturuna hücumlar edir".

Bundan əlavə, Sibiqa və Tsahkna 2027-ci ildə Ukraynanın bərpası üzrə Konvensiyanın qəbul edilməsinə dair qarşılıqlı anlaşma memorandumunu imzalayıblar.

"Biz Ukraynanın xarici işlər naziri ilə qarşılıqlı anlaşma memorandumu imzaladıq. Burada Estoniya 2027-ci ildə Ukraynanın bərpası üzrə konfransın Tallinndə keçirilməsinə hazırlığını və istəyini təsdiqləyib", - o vurğulayıb.